"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.
Xatırladaq ki, ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8 milyondan çox sərnişin daşıyıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır