Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti tərəfindən 120 yeni iş yeri yaradılacaq.
“İki sahil” xəbər verir ki, Türkiyə kapitallı “Eurotec Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.
Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.
Belçikanın qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır