Azərbaycan geniş və perspektivli biznes imkanları təqdim edir.
"İki sahil" Alman-Azərbaycan Xarici Ticarət Palatasına ("AHK Azərbaycan") istinadən xəbər verir ki, bunun qurumun yeni təyin olunmuş icraçı direktoru Narqis Viek Palata üzvlərinin ümumi yığıncağında bildirib.
"Azərbaycan həm Avropa, həm də Almaniya üçün strateji əhəmiyyətli tərəfdaşdır. Enerji və logistika sahəsindəki əsas rolundan əlavə, ölkə geniş və perspektivli biznes imkanları təqdim edir. İqtisadiyyatın modernləşdirilməsi, əsas sənayelərin inkişafı və daxili dəyər zəncirinin artırılması istiqamətində Azərbaycanın səyləri Almaniya texnologiya və həll təminatçıları üçün unikal əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır", - deyə o qeyd edib.
İcraçı direktorun sözlərinə görə, Almaniya və Azərbaycan arasında müxtəlif sektorlar üzrə əməkdaşlığın gücləndirilməsi potensialı var.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır