Ekologiya və Təbii Sərvətlər Nazirliyində (TSN) növbəti dəfə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə ölkədə liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan şəxslərin dəstəklənməsi baxımından müsabiqənin əhəmiyyəti vurğulanıb.
Həmçinin mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.
Eyni zamanda, ölkədə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və nəticələri ilə bağll fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsinin qalibi Ə.Qurbanzadə birlikdə həyata keçiriləcək proqramın onun fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır