Azərbaycandan keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük daşımaları bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31 % artıb.
“İki sahil” "Prime"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib. O, bunun son hədd olmadığını əlavə edib.
Yük daşımalarının həcmi dəqiqləşdirilməyib.
Diplomat xatırladıb ki, Azərbaycanda "Şimal-Cənub" nəqliyyat dəhlizinin dəmir yolu və avtomobil seqmentləri tam reallaşdırılıb və uğurla fəaliyyət göstərir.
"Azərbaycan öz tərəfindən infrastrukturunun daha da təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri görür", - deyə R. Mustafayev qeyd edib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ildə təsdiqlənmiş 2024-2026-cı illər üçün tranzit yükdaşımalar üzrə fəaliyyət planı çərçivəsində fiziki infrastrukturun gücləndirilməsi, əməliyyat səmərəliliyinin və koordinasiyanın artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində innovativ həllər və rəqəmsallaşdırmanın tətbiqi üzrə tədbirlər görülür.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır