Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 142,7 milyon manat vəsait köçürüb.
"İki sahil" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.
Məlumata görə, 11 aylıq ödənişin 108,4 milyon manatı özəlləşdirmə, 34,3 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 23,6 % və 49,1 % çoxdur.
Azərbaycan ABŞ ilə Orta Dəhliz və süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub