Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, nazir Belqraddakı Taşmaydan parkında Ümumilli Liderin abidəsi önünə gül dəstəsi qoyub.
Nazir həmçinin Taşmaydan parkında görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib.
"Serb ədəbiyyatının ən görkəmli xadimlərindən birinin xatirəsini hörmətlə yad edirik", – C.Bayramov qeyd edib.
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb