Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, Rusiya Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb