2024-ci ilin yanvar-noyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 10.3% artaraq 1 milyard 222,2 milyon manata çatıb.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərinin həcmi 39.5% artaraq 694,1 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 10 ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 44.9 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 56.8 manat olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır