Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.
Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb.
Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır