Gələn il Naxçıvan şəhərində Türk Biznes Forumunun keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
"Biz bu tədbiri oktyabrın 3-də keçirlməyi planlaşdırırdıq, ancaq həmin gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15 illik yubileyi ilə bağlı tədbir var idi. Bu səbəbdən də biznes forum təxirə salındı", - deyə o qeyd edib.
Bundan başqa, qonaq deyib ki, Azərbaycanın rəhbərliyi ilə Zəngəzur dəhlizi ilə bağlı da tədbir keçirilə bilər: "Bu mövzuda iş adamlarının iştirakı ilə tədbir keçirilməsin faydalı ola bilər. Bu gün ortaq çalışmalarımızı irəliyə doğru aparırıq".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır