Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 3 milyard 10 milyon 019 min ABŞ dolları dəyərində 6 milyon 957 min 518,97 ton yük daşınıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,1 % və 4 % azdır.
11 ay ərzində dəmiryolu nəqliyyatı ilə 796 milyon 348 min ABŞ dolları dəyərində 2 milyon 581 min 306,78 ton yük ixrac olunub, 2 milyard 213 milyon 671 min ABŞ dolları dəyərində 4 milyon 376 min 212,19 ton yük idxal edilib.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 26,1 %, həcmi isə 13,5 % azalıb. İl ərzində idxal olunan yükün dəyəri 2,5 % azalıb, həcmi 2,6 % artıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır