"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC yenidən təşkil olunub.
“İki sahil” xəbər verir ki, bu, səhmdar cəmiyyətinə məxsus digər şirkətin - “ADY Konteyner” MMC-nin ona qoşulması ilə baş verib.
Son nəticədə "ADY Konteyner"ə məxsus 5 000 830 manatlıq nizamnamə kapitalı "ADY Ekspress"in hesabına köçürülüb. Bununla da, onun kapitalı 1 911 634 manatdan 6 912 464 manata çatdırılıb.
Birləşmə ADY-nin Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır