27 dekabr 2024 22:09
424

"Ata, sən mənim qəhrəmanımsan"

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkarı tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!” - həlak olan kapitanın qızı kədərini bölüşüb.