01 iyun 2024 16:58
61

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş sosial tədbir keçirilib

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən "Yurdum" sosial eko-kənd" layihəsinin icrası davam edir. Layihə çərçivəsində 1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr edilmiş sosial tədbir keçirilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını, onların hüquq və ehtiyaclarına diqqətin artırılmasını təşviq edən tədbirdə müxtəfi yaş qrupundan olan uşaqlar, yeniyetmələr və digər dəvətlilər iştirak edib.

Tədbirdə çıxış edənlər hər bir uşağın unikal və dəyərli olduğu vurğulayıb, cəmiyyətdə uşaqlara qayğının artırılmasının vacib olduğunu bildiriblər.

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyinin sədri Firəngiz Hüseynova bildirib ki, ""Yurdum" sosial eko-kənd layihəsi" xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyidir.

Layihənin əsas missiyası empatiya, qarşılıqlı sevgi və hörmət dəyərlərinə əsaslanaraq müxtəlif qabiliyyətlərə sahib insanların birgə yaşayıb və işləyə biləcəyi bir mühitin yaradılmasıdır.

Belə mühitdə fərdlər sosial, mədəni və mənəvi həyatı zənginləşdirərək həyat keyfiyyətlərini artıracaq və həyatlarını sülh və sevgi içərisində yaşayacaqlar.

Sosial tədbirdə müxtəlif əyləncəli, maarifləndirici və ailə bağlarını möhkəmləndirən fəaliyyətlər nümayiş olunub.