Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığımızı bildirirəm.
Düşüncələrimiz bu faciəvi hadisə nəticəsində yaxınlarını itirən ailələrin, yaralananların yanındadır. Bu çətin anda biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Qəzada xəsarət alanların tezliklə və tam şəfa tapmalarını arzulayır, bu kədərli anları yaşayan hər kəsə bir daha başsağlığı veririk.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər