ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə M.Libbi səfirliyin "X" hesabında videomesaj paylaşıb.
Səfir dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
M.Libbi həmçinin yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər