Yanvarın 1-də Sudanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 69-cu ildönümü (1956-2025) qeyd olunub.
“İki sahil” xəbər verir ki, Sudan Səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud Sudan-Azərbaycan münasibətlərinə toxunub və yeni ildə bu münasibətlərin iki qardaş ölkə arasında möhkəm dostluq əlaqələrini gücləndirəcək şəkildə inkişafı üçün səylərin davam etdiriləcəyini vurğulayıb: ”Ötən il Azərbaycanda bir çox beynəlxalq və regional tədbirlərə şahidlik etdik. Bunlardan ən əhəmiyyətlisi Dünya Liderlərinin İqlim Sammiti - COP29 Sammiti olub ki, Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Al-Burhan da burada iştirak edib”.
Qeyd edək ki, tədbirdə Azərbaycandakı Sudan icmasının üzvləri və Sudanlı tələbələr iştirak ediblər.
Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirilib
YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə