İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal" İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olmuş Niko Uilyamsı transfer etmək istəyir.
“İki sahil” "El Gol Digital"a istinadən xəbər verir ki, "topçular" “Atletik”in (Bilbao) 22 yaşlı hücumçusunu transfer etmək üçün 58 milyon avrosundan keçməyə hazırdır. Daha əvvəl onun adı “Barselona” ilə hallansa da, kataloniyalılar müəyyən səbəblərə görə futbolçunun keçidindən imtina ediblər. Qeyd edək ki, N.Uilyams cari mövsüm “Atletik”in heyətində 23 görüşdə meydana çıxıb və 2 qol vurub.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır