Futbol üzrə Portuqaliya çempionatının 17-ci turunun “Nasional” - “Porto” matçı duman səbəbindən ləğv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Porto”nun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 15-ci dəqiqədə 0:0 hesabı ilə dayandırılıb. Bir saatdan çox vaxt keçdikdən sonra hava dəyişmədiyi üçün matçın bitməsi barədə qərar verilib.
Oyunun taleyi daha sonra müəyyənləşəcək.
“Porto” 40 xalla Portuqaliya çempionatının turnir cədvəlində ikincidir. “Nacional” klubu isə 13 xalla 15-ci pillədə qərarlaşıb.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır