"Mançester Yunayted"də dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amad Diallo həmkarlarını qabaqlayıb.
22 yaşlı hücumçu ötən ay "Mançester Yunayted"də bütün turnirlərdə 9 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 4 qol ötürməsi edib.
Qeyd edək ki, 2023-cü ilin yayında "Mançester Yunayted"də çıxış edən Diallo bu mövsüm ümumilikdə 27 oyuna 5 qol vurub, 7 qol ötürməsi edib.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır