Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:
"Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".
MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb:
"İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər