Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.
Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm".
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər