Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib:
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram”.
Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirilib
YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə