Sabah bələdiyyə seçkiləri üçün hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, siyahıların dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək başa çatmalıdır.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər