Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanda baş vermiş yanğında beş uşağın həlak olması ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
“Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş yanğında beş uşağın həlak olması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə bağlı acınızı paylaşır, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verirəm”.
Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirilib
YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə