Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir. Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün əhəmiyyətlidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
O qeyd edib ki, ölkələrimiz arasındakı əməkdaşlıq siyasi-iqtisadi münasibətlərdə yeni imkanlar yaradır.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib - YENİLƏNİB
TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb