23 yanvar 2025 12:17
571

Ötən il 35 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

2024-cü ildə 35 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onların 71,4 faizini kişilər, 28,6 faizini isə qadınlar təşkil edib.