23 yanvar 2025 14:33
434

Qəbələdə göldə 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.