25 yanvar 2025 08:32
553

Sumqayıtda maşın yanıb

Sumqayıt şəhərində “Opel” markalı avtomobil tamamilə yanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü İlhamə Tahir qızı Məlikovaya məxsus avtomobil anidən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.