25 yanvar 2025 09:09
564

Ehtiyatsızlıqdan özünü güllələyib

Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Fakt araşdırılır.