Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
O, Çin iqtisadiyyatının çox sabit olduğunu vurğulayıb:
"Mən yeni planlar haqqında dərindən məlumatlı deyiləm, lakin bizim müşahidə etdiklərimizə əsasən, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur".
Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya beynəlxalq vasitəçiliyin əsl mahiyyətini göstərdi - Sevinc Fətəliyeva
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB