Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC- yə məcburi göstəriş verib.
“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır