Azərbaycanda müflisləşmə ilə bağı qanunvericilikdə sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazrlanır.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” İşçi qrupunun iclasında deyib.
O qeyd edib ki, hazırda əsas hədəf müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq səviyyəyə qaldırılmasıdır: “Bununla bağlı, qanunvericilik sahəsində sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazrlanır. Bu, bilavasitə biznesin müflisləşməsi sahəsində inkişafa böyük təkan verəcək”.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır