Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.
“İki sahil” xəbər verir ki, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.
O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.
Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub./apa/
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır