2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft, özəl bölmə üzrə isə bu rəqəm 82,1 faiz artıb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.
Nazir bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan ticarət - 29,6 faiz, xidmət - 22,7 faiz, sənaye -12,9 faiz sahələridir.
“Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 faiz - 4,7 faiz aralığında aşağı səviyyədə artım müşahidə edilib. Əmək müqavilələrinin 52,3 faizi ticarət və xidmət sahələrinin payına düşür”, - deyə nazir vurğulayıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır