Qarabağ Dirçəliş Fonduna 16 mindən çox hüquq və fiziki şəxs tərəfindən ianələr edilib. Əksər ödənişlər sahibkarlıq subyektləri tərəfindən olunub.
“İki sahil” xəbər verir ki, bu barədə “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ötən il ÜDM-in artımı 4,1 faiz təşkil edib.
“Büdcənin qeyri-neft gəlirlərinin artması hesabına ARDNF-dən büdcəyə transfertin orta illik nominal həcmi 11-12 milyard manat səviyyəsində saxlanılmaqla, büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci ildəki 49 faizdən 2024-cü ildə təsdiq edilmiş 34 faizə enib. Ötən il qeyri-neft sektoru üzrə iqtisadi artım və fiskal daxilolmalar sahəsində aparılan “ağarma tədbirləri” nəticəsində dövlət büdcəsində transfertin azalması və sərbəstləşən bu vəsaitlərin idarəedilməsi hesabına Dövlət Neft Fondunun aktivləri 2018-ci ildəki 38,5 milyard dollardan ötən ilin sonuna 60 milyard dollar səviyyəsinə yüksəlib”, - deyə nazir əlavə edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır