Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib və bu görüşlərdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
Bu barədə “İki sahil” Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımına istinadla xəbər verir.
Səfir qeyd edib ki, E.Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Hartelius, Baş nazirin dəftərxanasının dövlət katibi Kristian Danielsson ilə görüşüb, SIPRI və SCEEUS araşdırma mərkəzlərində müzakirələr aparıb.
"Bu görüşlərdə Azərbaycanın İsveç və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri, Bakı və İrəvan arasında normallaşmanın hazırkı vəziyyəti və s. müzakirə olunub", - paylaşımda qeyd edilib.
— Zaur Ahmadov (@z_ahmadov) February 13, 2025
Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir - Prezident İlham Əliyev
Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir - Prezident İlham Əliyev
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir YENİLƏNİB