Ötən ildən maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu məqsədlə xüsusi tənzimləmə rejiminin internet resursu yaradılıb.
"Artıq həmin resursda 21 müraciət qeydə alınıb, onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsulların sınaqdan keçirilməsi davam etdirilir", - deyə Toğrul Əliyev vurğulayıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır