Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon 14,7 min ABŞ dolları dəyərində 2 278 ton nar ixrac olunub.
"İki sahil" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 %, həcm olaraq 35,3 % artıb.
“2025-ci ilin ilk ayında Azərbaycandna xarici bazarlara nar ixracının həcmi artmaqda davam edir”, - deyə məlumatda qeyd olunub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır