Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi, biz bu Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanırıq.
“İki sahil” xəbər verir ki, bunu Bakida keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
E.Əliyev qeyd edib ki, biz bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik: "Türk İnvestisiya Fondu türk dövlətləri arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər. Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 600 mln. ABŞ dolları təşkil edir.".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır