Türk dövlətlərinin ümum daxili məhsulu 900 milyard dolları ötür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyası və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.
O qeyd edib ki, bu, qlobal ÜDM-in 1,7%-i deməkdir:
"Türk dövlətlərinin iqtisadi artımı 6 faiz olmaqla dünya iqtisadi artımını təxminən 2 dəfə qabaqlayır. Bu rəqəmlər türk dövlətlərinin davamlı olaraq gücləndiyini əyani surətdə sübut edir".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır