Milli Depozit Mərkəzinin (MDM) xarici depozitarla əlaqələri yox dərəcəsindədir.
“İki sahil” xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Artıq bu istiqamətdə danışıqlara başlamışıq. Amma bunun nə qədər tez nəticə verəcəyini deyə bilmirəm. Çünki, onların bir sıra tələbləri var, komplayıns baxımından müvafiq standartlar tətbiq edirlər. İlk növbədə MDM bu tələblərə cavab verməlidir", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, hazırda xarici qiymətli kağızları əldə etmiş investorlar saxlayıcı kimi elə həmin ölkələrin mərkəzi depozitarının xidmətindən istifadə etməli olurlar: "Əlaqələr olduqda isə alınmış qiymətli kağızlar bizə təhvil verilə və etibarlı şəkildə qoruna bilər".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır