Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.
Bu barədə "İki sahil"ə komitədən məlumat verilib.
Bildirilib ki, Tədbirlər Planına əsasən, cari il ərzində multikultural və tolerantlıq dəyərlərinin təbliği, həmçinin vətənpərvərlik hisslərinin aşılanması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, dini radikalizmə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə müxtəlif mövzularda görüşlərin təşkili planlaşdırılır.
Təşkil olunacaq tədbir və seminarlarda Dövlət Komitəsinin nümayəndələri, ilahiyyatçılar, həmçinin DSX əməkdaşları iştirak edəcəklər.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır