Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
Qeyd olunub ki, nazir Belqraddakı Taşmaydan parkında Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub.
Nazir həmçinin Taşmaydan parkında görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib.
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Beynəlxalq konfransın iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər