Bu il yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,052 milyard avro təşkil edib.
“İki sahil” EBRD-yə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 2,1 % və yaxud 22 milyon avro çoxdur.
Həmin tarixə portfel 1,03 milyard avro məbləğində qiymətləndirilib və 32 layihəni əhatə edib. Bu ilin əvvəlinə isə layihələrin sayı 33 olub.
EBRD-nin məlumatına əsasən, portfelin əsas hissəsi – 92 %-i (964 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 5 %-i (54 milyon avro) korporativ sektora, 3 %-i (34 milyon avro) isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycana 195 layihə çərçivəsində 4,04 milyard avrodan çox investisiya yatırıb.
2024-cü il dekabrın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il 31 oktyabr tarixinə olan göstərici ilə müqayisədə 13,2 % (88 milyon avro) artaraq 754 milyon avro təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır