“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempinin 2 % səviyyəsində qalacağını proqnozlaşdırır.
"İki sahil” "S&P"yə istinadən xəbər verir ki, agentlik 2026-cı il üçün ÜDM artımı üzrə gözləntilərini 1,5 %-dən 2 %-ə yüksəldib.
Hesabatda qeyd olunub ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunun ÜDM-i agentliyin proqnozlarını üstələyib. 2025-ci ildə ÜDM artımı proqnozları yüksək qalsa da, 2024-cü ilin səviyyəsindən aşağı olacaq.
Azərbaycan İqtisadiyyat Nazirliyi cari ildə ölkədə iqtisadi artımın 3,5 % səviyyəsində olacağını, Mərkəzi Bank isə 3,3 %-lik artım gözləyir.
“Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 4 % təşkil edəcək. “Fitch Ratings” ölkənin ÜDM-nin 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il ölkədə iqtisadi artımın 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır