Azərbaycanın İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankı (ADB) tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə edilib.
“İki sahil” xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin ADB-nin özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirtdiyi görüşdə aparılıb.
Görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində ADB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır