Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsinin surətini bu ölkənin Protokol və Konsulluq Məsələləri üzrə Baş direktor – Dövlət Protokolu rəhbəri Endi Raçmiantoya təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.
“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil Əbil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir