2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.
Bu barədə "İki sahil"ə Xidmətdən bildirilib. Məlumata görə, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6 faiz artıb.
Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşüb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır